"Portuqaliyaya qarşı oyuna görə fəxr edə bilərik"


İdman 16 İyn 2018 11:49:00 251 0

"Portuqaliyaya qarşı oyuna görə fəxr edə bilərik"

Dünya çempionatında B qrupunda ilk turun oyunları baş tutub. Turnirin favoritlərindən olan İspaniya Portuqaliya ilə heç-heçəyə razılaşıb - 3:3. Goal.az xəbər verir ki, matçdan sonra "qırmızı furya"nın baş məşqçisi Fernando Yerro bunları deyib:

"Biz necə oynamaq lazım olduğunu bilən, son 2 ildə çox artıran rəqibə qarşı oyunda öz komandamızla fəxr edə bilərik. Yaxşı nəticə qazanadığımızı deyə bilərəm. Bu cür xarakterə malik futbolçularımın olması gözəldir.

De Xeanın səhvi? Biz komandayıq. Burda yaxşı və pis günü olanlar var. Bir oyuna grə heç kimi ehtiyata atmaq fikrimiz yoxdur. Diyeqo Koşta böyük həcmdə iş gördü.

Xulen Lopeteginin ilk oyuna düşünülmüş planı vardı. Onun sevdiyi futbolçular Naço, Koke, Koştaya ehtiyac yaranacağı oyunlar var. Yeni işimdə möhkəmlənmək üçün vaxtım çox az olub. Komanda mənim vəzifəmi asanlaşdırdı.

Ronaldo kimi futbolçuya qarşı oynayanda qapının önündə qol imkanları yarana bilər. Oyunun 2/3 hissəsində topu özümüzdə saxladıq. İspaniyadan heç kimi Ronaldo ilə dəyişmərəm".