Dahi fizik dəfn olundu:


Digərləri 16 İyn 2018 11:35:00 337 0

Dahi fizik dəfn olundu:

Dünyanın ən məşhur nəzəriyyəçi fiziklərindən biri Stiven Hokinqin nəşi İngiltərənin paytaxtı Londondakı Vestminster abbatlığında dəfn olunub. S.Hokinq bu ilin martın 14-də, 77 yaşında vəfat etmişdi.

Son.az Daily Mail-ə istinadən bildirir ki, dahi fizikin kremasiyadan sonra qalmış nəş külü Vestminster abbatlığında İsaak Nyuton və Çarlz Darvinin məzarları arasında dəfn olunub.

Dəfn mərasimində S.Hokinqin ailə üzvləri, dostları, habelə Britaniyanın məşhur simaları da iştirak ediblər. Onların arasında 2004-cü ildə BBC-dəki "Hokinq" filmində S.Hokinq rolunu oynamış aktyor Benedikt Kamberbetç də vardı.

Hokinqin ailə üzvləri Vestminster abbatlığındakı vida mərasiminə 1000 dəvətnaməni paylayıblar. Dəvətnaməni 1918-2028-ci illər arasında doğulmuş hər kəs ala bilərdi: "Niyə 2018-ci il?! Çünki zamanda səyahətin mümkünsüzlüyünü kimsə sübut edə bilməyib".

Stiven Hokinq gələcəkdən olan adamlarla 2009-cu ildə görüşmək istəmişdi və bunun üçün xüsusi ziyafət də təşkil etmişdi. Amma ziyafətə kimsə qatılmamışdı.