Azərbaycan Ordusunun yeni avtomatı – FOTO


Digərləri 16 İyn 2018 11:38:00 289 0

Azərbaycan Ordusunun yeni avtomatı – FOTO

Azərbaycan Ordusu yeni avtomat modelini silahlanmaya qəbul edib.

Son.az-ın "AzeriDefence" saytına istinadən verdiyi xəbərə görə, Quru Qoşunları İsrail istehsalı TAR-21 "Tavor" avtomatından sonra atıcı silahlarının sırasına daha birini daxil edib.

Yeni avtomat iyun ayının 11-də Raket-Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub.

AR-15 "Aztex" adlı avtomat dizayn və iş prinsipinə görə Amerikanın məşhur AR-15 hücum tüfənginin xəttinə əsaslanır. Avtomat Azərbaycan istehsalıdır və sovet 7.62×39 mm kalibrli patronlardan istifadə edir. Effektiv atış məsafəsi 1000 metrədək göstərilir.


Xəbərə aid foto