Deputat: "TANAPın istismara verilməsi Prezident İlham Əliyevin siyasi qətiyyətinin nəticəsidir"


Digərləri 16 İyn 2018 10:59:00 262 0

Deputat: "TANAPın istismara verilməsi Prezident İlham Əliyevin siyasi qətiyyətinin nəticəsidir"

Transanadolu qaz boru kəməri (TANAP) layihəsinin istismara verilməsi Prezident İlham Əliyevin diplomatik səylərinin, siyasi qətiyyətinin, eləcə də Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya etməsi istiqamətində böyük fəaliyyətinin nəticəsidir.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu layihə Azərbaycanın həm iqtisadi, həm də siyasi gücünün göstəricisidir: "TANAP layihəsi siyasi dividendlərlə yanaşı, ölkə iqtisadiyyatına dayanıqlı gəlir gətirəcək, milli iqtisadiyyatımıza xidmət edəcək böyük bir layihədir. Azərbaycan bu layihədən həm ixracatçı ölkə, həm də tranzit ölkə kimi böyük gəlirlər götürəcək".

A.Hüseynovun sözlərinə görə, Azərbaycan artıq Avropanın təbii qaz təchizatında çox etibarlı bir ölkəyə çevirməkdədir: "Bu həm də Azərbaycanın etibarlı tərəfdaş olması, ölkəyə gələcəkdə böyük investisiyaların yatırılması deməkdir. Yəni bu layihədə bir çox ölkələr, eyni zamanda, transmilli şirkətlər iştirak edirlər. Həmin şirkətlərin təkcə neft-qaz sənayesinə deyil, eləcə də ölkəmizdə fəaliyyət göstərərək digər sahələrə də böyük yatırımlar edəcəyi reallığa çevrilməkdədir".