Ronaldo 3 qat tarixə düşdü


İdman 16 İyn 2018 11:05:00 254 0

Ronaldo 3 qat tarixə düşdü

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo növbəti dəfə diqqət mərkəzinə düşüb.Goal.az xəbər verir ki, ulduz futbolçu dünya çempionatının qrup mərhələsində İspaniyanın qapısına 3 qol vurmaqla bir neçə rekordu yeniləyib. O, üst-üstə 8 böyük turnirdə fərqlənən ilk oyunçu olub. Ronaldo AÇ-2004, DÇ-2006, AÇ-2008, DÇ-2010, AÇ-2012, DÇ-2014, AÇ-2016-dan sonra DÇ-2018-də də ən az bir dəfə rəqib qapıçını məyus edə bilib. O, həmçinin dünya çempionatı tarixində ispanlara qarşı het-trik edən ilk futbolçu olub. Kriştianu mundiallar tarixində bir oyunda 3 qol vuran ən yaşlı futbolçu ünvanına da sahib çıxıb - 33 yaş 130 gün.