Dünyanın ən qüdrətli, ən gizli təşkilatı toplandı


Digərləri 16 İyn 2018 10:33:00 378 0

Dünyanın ən qüdrətli, ən gizli təşkilatı toplandı

Dünyanın ən qapalı, ən qüdrətli və ən gizli beynəlxalq təşkilatı sayılan "Bilderberq qrupu"nun (Bilderberg group) növbəti illik konfransı keçirilir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, İtaliyanın Turin şəhərində ən elitar gizli təşkilat üçgünlük toplantıya yığışıb.

Qlobal liberal elitanın konfransını İtaliyanın xüsusi təyinatlı polisləri həddən ziyadə ciddi şəkildə qoruyurlar.

Konfransda qlobal siyasət, biznes, bankinq, akademik dairələri, telekommunikasiyalar, texnologiyalar və s. sahələrdə lider mövqelər tutan 130 şəxs iştirak edir.

"Bilderberq qrupu"nun 66 illik tarixində ilk dəfə açıq müzakirələrə jurnalist buraxılıb.

"Bilderberq qrupu" və ya "Bilderberq klub"unun ilk iclası Hollandiyanın Osterberk şəhərindəki "Bilderberg" otelində keçirildiyindən təşkilat belə adlanır.

Builki konfransda Avropadakı populizm, qeyri-bərabərlik, süni intellekt, ABŞ-ın daxili siyasəti, azad ticarət, ABŞ-ın dünyanın ən qüdrətli dövlət kimi mövqeyi və rolu, Rusiyanın siyasəti, kvant kompüterləri, Səudiyyə Ərəbistan və İranla bağlı situasiya kimi məsələlər müzakirə olunur.

İştirakçılar arasında İngiltərə Bankının rəhbəri Mark Karni, NATO-nun baş katibi Yens Stoltenberq, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Devid Petreus, Birləşmiş Ştatların sabiq dövlət katibi Henri Kissincer, Avropa Komissiyasının sabiq prezidenti Joze Manuel Barrozu, Hollandiyanın baş naziri Mark, Rutte, Serbiyanın baş naziri Ana Branabiç, Belçikanın baş naziri Şarl Mişel, Estoniyanın baş nazmri Yurni Ratas, İspaniyanın baş nazir müavini Sorrayya Saens de Santamariya, Türkiyənin baş nazir müavini Mehmet Şimşek, Fransanın sabiq baş naziri Bernar Kaznöv, Avropa Komissiyasının komissarı Günter Ottinger, ABŞ-ın Kolorado ştatının qubernatoru Con Hikenluper, habelə Harvard, Stenford, Pensilyaniya, Massaçusts, Prinston, Nyu-York, Amerika, Hudzon və Huver universitetlərinin təmsilçiləri və başqaları var.