Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib FOTO


Digərləri 16 İyn 2018 09:44:00 285 0

Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib  FOTO

Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov avtomobili iyunun 15-də rayon rəhbərliyinə təqdim edib.

Azərbaycan-Gürcüstan dostluğundan danışan Fuad Muradov xalqlarımız arasındakı münasibətlərin nümunə olduğunu, heç kimin bu əlaqələrə zərər vura bilməyəcəyini xüsusi qeyd edib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri hədiyyəyə görə Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna minnətdarlıq ediblər. Bu hədiyyəni Azərbaycan dövlətinin qayğısı kimi dəyərləndiriblər.


Xəbərə aid fotolar