Samux sakini iş yoldaşını qətlə yetirdi


Digərləri 16 İyn 2018 09:24:00 427 0

Samux sakini iş yoldaşını qətlə yetirdi

Samux rayonunda qətl hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağasıbəyli kəndində qeydə alınıb.

Kənddə yerləşən qazpaylayıcı stansiyada nəzarətçi işləyən, 1988-ci il təvəllüdlü Rəşad Məhərrəmov iş yoldaşı 1966-cı il Əhmədov İntiqam İmamverdi oğlunu kafedə yemək yeyən zaman bıçaqlayaraq qətlə yetirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.