Bakıda şirkətin pulunu mənimsəyən satış menecerinin apellyasiya şikayəti təmin edilməyib


Sosial 16 İyn 2018 08:53:27 305 0

Bakıda şirkətin pulunu mənimsəyən satış menecerinin apellyasiya şikayəti təmin edilməyib

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Niyal Cabbarov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Cabbarovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

N.Cabbarov Bakıda şirkətlərin birində satış meneceri vəzifəsində çalışıb. O, şirkətin 14 min manat pulunu mənimsəməkdə təqsirli bilinib. İstintaq dövründə N.Cabbarovun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib, N.Cabbarov məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.