Növbəti iPhone necə olacaq?


Digərləri 16 İyn 2018 08:51:00 244 0

Növbəti iPhone necə olacaq?

"Apple" şirkəti yeni nəsil smartfon və planşetlərdə enerjidoldurma qurğusu və məlumatların ötürülməsi üçün konnektoru dəyişdirməyi planlaşdırır. Bu haqda avadanlıq tədarükçülərinə istinadən "Digitimes" portalı məlumat verib.

Son.az ICTnews-a istinadən bildirir ki, mənbələrin məlumatına görə, istehsalçılar yeni "iPhone" modelində indi istifadə edilən "Lightning" konnektorunu "USB-C" portu ilə əvəz etməyi planlaşdırırlar. Smartfon 2019-cu ildə təqdim ediləcək.

Korporasiya artıq "MacBook" kompüterlərini "USB-C" konnektoru ilə təchiz edib. Bu addım şirkətin satışına mənfi təsir göstərib.