Windows 10da boşluq aradan qaldırılıb


Digərləri 16 İyn 2018 08:31:00 232 0

Windows 10da boşluq aradan qaldırılıb

"Microsoft" şirkəti tərəfindən "Windows 10" əməliyyat sistemi üçün çıxarılmış təhlükəsizlik yeniləməsi hakerlərin "Cortana" səsli köməkçisindən istifadə edərək fərdi kompüter və ya noutbuka müdaxiləsinə imkan verən boşluğu aradan qaldırıb. "The Verge" nəşri yazır ki, söhbət "McAfee" antivirus şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş boşluqdan gedir. Qurbanın bloklanmış kompüterinə fiziki giriş imkanına malik olan haker səsli köməkçi aktiv olduğu halda zərərli proqram təminatını icra edə bilər.

Son.az ICTnews-a istinadən bildirir ki, təhlükəsizlik yeniləməsi çıxarılana kimi "Cortana" səsli köməkçisi səs əmrlərini fərdi kompüter bloklanmış olduqda belə icra edirdi. Beləliklə, haker fləş kartdan lazımi faylları işə sala bilirdi, çünki "Windows 10" sistemi əlçatan daşıyıcıların tərkibini daima indeksləşdirir.