Metroda mahnı oxuyan Kristina Aqileranı heç kim tanımayıb - VİDEO


Digərləri 16 İyn 2018 08:24:36 155 0

Metroda mahnı oxuyan Kristina Aqileranı heç kim tanımayıb - VİDEO

Hazırlıqsız düzəldilmiş qrup Areta Franklinin "Freedom" mahnısını ifa edib

Müğənni Kristina Aqilera teleaparıcı Cimmi Fellon ilə birgə "The Tonight Show" verilişi üçün Nyu-York metrosunda küçə musiqiçisi görkəmində özünü tanıtmadan çıxış edib.

“Report” xəbər verir ki, hazırlıqsız düzəldilmiş qrup Areta Franklinin "Freedom" mahnısını ifa edib.

İnsanlar onların ətrafına toplaşdıqdan sonra Aqilera və Fellon üzlərini açmaq qərarına gəlib.

Qrup sürprizdən təəccüblənən insanların qışqırıq sədaları altında müğənninin "Fighter" mahnısını ifa edib.