ABŞda dustaq məhkəmə binasında şerifin köməkçilərini güllələyib VİDEO


Dünya 16 İyn 2018 08:28:00 357 0

ABŞda dustaq məhkəmə binasında şerifin köməkçilərini güllələyib  VİDEO

Cümə günü Birləşmiş Ştatların Kanzas-Siti şəhərində yerləşən məhkəmə binalarından birində dustaq şerifin onu müşayiət edən köməkçilərinə atəş açıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, silahlı insident nəticəsində köməkçilərdən biri ölüb, digəri isə yaralanıb.

Məhbus silahı məhkəmə binasına gətirildiyi polis furqonundan düşürdüləndə əldə edib.