Yeni qurğu infarkt keçirən insanların həyatını asanlaşdıracaq


Digərləri 16 İyn 2018 08:11:00 223 0

Yeni qurğu infarkt keçirən insanların həyatını asanlaşdıracaq

Beynəlxalq alimlər qrupu infarkt keçirən insanlara kömək edəcək xüsusi qurğu hazırlayıb. O, bilavasitə zədələnmiş ürək toxumasına bərkidilir.

Son.az ICTnews-a istinadən bildirir ki, ABŞ, İrlandiya və Böyük Britaniya alimlər qrupu tərəfindən hazırlanan yeni qurğu "Therepi" adlanır və ürək tutmasından başlayaraq ürək çatışmazlığına aparan prosesə müdaxilə edir.

Məlumata görə, kiçik rezervuar şəklində olan yeni cihaz xəstənin dərisi üzərinə və ya altına xüsusi mexanizmli nazik şlanq vasitəsilə birləşdiriləcək. Onun köməyi ilə ürəyə dərman preparatı çatdırılacaq.  

Jelatin əsaslı polimerdən hazırlanan rezervuar dayaz dibli yarımkürə formasına malikdir. Dayaz dib çoxlu miqdarda dərmanın və ya böyük materialların birbaşa ürək toxumasına keçməsi üçün tənzimləməyə imkan verən yarımkeçirici membrandan ibarətdir.