Kolumbiya Venesuela ilə müharibəyə başlamaq istəyir?


Dünya 16 İyn 2018 08:03:00 263 0

Kolumbiya Venesuela ilə müharibəyə başlamaq istəyir?

Venesuela prezidenti Nikolas Maduro Kolumbiya lideri Xuan Manuel Santosun hərbi münaqişəyə başlamaq niyyətində olduğunu bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, bunları Venesuela lideri hərbçilər qarşısında çıxışı zamanı bildirib.

N.Maduro deyib: "Xuan Manuel Santosun rəhbərlik etdiyi Kolumbiya höküməti silahlı münaqişə yaratmaq üçün Venesuela və Kolumbiya ərazisində hərbi xarakterli təxribat və aktlar seriyası hazırlayır".