Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin rəhbəri işdən çıxarılıb


Dünya 16 İyn 2018 08:08:00 306 0

Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin rəhbəri işdən çıxarılıb

Söhbət qaçqınlara icazəsiz olaraq yaşamaq hüququ verməkdən gedir

Almaniyanın daxili işlər naziri Horst Zeyehofer ölkənin miqrasiya xidmətinin rəhbəri Yut Kordt və onun müavini Ralf Tisleri işdən çıxarıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə nazirliyə istinadən həftəlik çıxan "Spiegel Online" nəşri yazıb.

"Zeyehofer çərşənbə günü Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin (BAMF) rəhbərliyinə onları vəzifələrindən azad etməsi barədə xəbər göndərib", - deyə nəşr Almaniyanın DİN nümayəndəsinə istinadən məlumat verir.