Bu sosial şəbəkə istifadəçilərin dodaqlarının hərəkətini də qeydə alır


Digərləri 16 İyn 2018 07:55:00 417 0

Bu sosial şəbəkə istifadəçilərin dodaqlarının hərəkətini də qeydə alır

Cari ilin aprelində "Cambridge Analytica" ilə yaşanmış qalmaqaldan sonra ABŞ Konqresinin sorğusuna əsasən, "Facebook" şirkəti sosial şəbəkə istifadəçiləri haqda məlumat toplanılması üzrə bütün mümkün üsullarını açıqlayıb. Bundan ötrü tərtib edilmiş 222 səhifəlik sənəddə məlumatın toplanılması üçün müxtəlif üsullar təsvir edilir.

Son.az ICTnews-a istinadən bildirir ki, əlbəttə ki, "Facebook" şirkəti tərəfindən istifadəçilərin sosial şəbəkənin səhifələrində keçirdikləri vaxtın, həmçinin alış-verişlərin izlənilməsi heç kimdə şübhə doğurmurdu. Aşağıda şirkət tərəfindən tərtib edilmiş sənəddəki ən qəribə məlumat toplama üsulları qeyd edilib: