Samsung RDIMMin istehsalına başlanılıb


Digərləri 16 İyn 2018 07:44:00 299 0

Samsung RDIMMin istehsalına başlanılıb

"Samsung Electronics" şirkəti serverlərdə istifadə üçün nəzərdə tutulan "RDIMM" (Registered Dual In-line Memory Module) operativ yaddaş modullarının kütləvi istehsalına başlayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, modullar 16 giqabit tutumlu monolit çiplər tətbiq edilməklə hazırlanıb. Modulların tutumu 64 giqabayt təşkil edir. Bu, sahədə qeyd edilən xüsusiyyətlərə malik ilk həllərdir.

Məlumata görə, iritutumlu, o cümlədən 16 giqabitlik monolit mikrosxemlərin tətbiqi azsaylı çiplərə malik operativ yaddaş modulu və altsistemləri yaratmağa imkan verir ki, bu da enerji sərfiyyatının azalmasına xidmət edir.  

Bildirilir ki, buraxılan həllər məlumatların 2666 məlumat transfer saniyə sürətində ötürülməsi üçün nəzərdə tutulub. Perspektivdə bu göstəricinin artacağı gözlənilir.