Öncə bloklamaq mümkün olacaq


Digərləri 16 İyn 2018 07:33:00 381 0

Öncə bloklamaq mümkün olacaq

"Google", "Facebook", "Microsoft", "Youtube" və "Twitter" kimi nəhənglərin daxil olduğu şirkətlər qrupu elan edib ki, terror məzmunlu yazıların 88000 heşi xüsusi məlumat bazasına əlavə edilib.

Son.az ICTnews-a istinadən bildirir ki, "GIFCT" (İnternet terrorizmlə mübarizə üzrə Qlobal Forum) adlı təşkilat bildirib ki, cari ilin sonunda bloklanmış məzmun bazasına 100000-dən çox heş əlavə ediləcək. Təşkilatın rəhbərləri deyiblər ki, bu göstərici, hətta onların ilkin hədəflərini üstələyir. Belə yanaşma sayəsində terror məzmunlu mətn və çarxlar dərc edilməmişdən öncə bloklana bilər.