Süni intellekt divar içərisindən insanları müəyyənləşdirəcək


Digərləri 16 İyn 2018 07:22:00 296 0

Süni intellekt divar içərisindən insanları müəyyənləşdirəcək

Massaçusets Texnologiya İnstitutunun alimlər qrupu divar içərisindən insanların hərəkətini izləyən "RF-Pose" adlı simsiz qurğu ixtira edib.  

Son.az ICTnews-a istinadən bildirir ki, əvvəlcə mühəndislər iki cihazın - simsiz radioqurğu və kamera məlumatlarını toplayıblar. Onların hər ikisi insanların yerimə, söhbət, lifti gözləmə və qapıları açma kimi hərəkətlərini izləyib. Sonra kamera təsvirləri vasitəsilə cihazlar hər bir fərd üçün nazik skelet modeli qurublar. Bu model süni intellekt tərəfindən radiosiqnal ilə birlikdə nümayiş olunub. Bu şəkildə alqoritm radioötürücü siqnalları və yaradılan skeletlər arasında əlaqəni tanımağı öyrənib.

Əvvəlki sistemlər ya bir sonluğu izləyib və ya statik pozanı göstərib. Mütəxəssislərin fikrincə, hərəkətli model əksər sahələrdə, məsələn, tibdə faydalı ola bilər. Sistem evdə Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrin hərəkətini izləyərək onun inkişafını müəyyənləşdirəcək.