Meksikada atışma zamanı 6 polis öldürülüb


Dünya 16 İyn 2018 07:10:31 262 0

Meksikada atışma zamanı 6 polis öldürülüb

Hadisə Amosok şəhəri yaxınlığında baş verib

Meksikanın Puebla şəhərində cinayətkarlarla atışma zamanı 6 polis əməkdaşı öldürülüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Excelsior" portalı məlumat yayıb.

İlkin məlumata görə, asayiş keşikçilərinə Amosok şəhəri yaxınlığında boru kəmərlərindən yanacaq oğurlamaqla məşğul olan "uaçikoleros"lar hücum ediblər. Hazırda ərazidə cinayətkarların axtarışı üzrə geniş əməliyyat aparılır.