Yalançı mollalar iş başında Nə oxuduğunu heç özü də anlamır VİDEO


Digərləri 16 İyn 2018 00:09:00 381 0

Yalançı mollalar iş başında  Nə oxuduğunu heç özü də anlamır  VİDEO

Ölülər üçün yasin oxuyur, amma nə oxuduğunu heç özü də bilmir. Hətta, təlabat çox olduğu üçün, vətəndaşlardan pul götürərək, ölünün adını qeyd edir, yasini isə vaxtı olanda oxuyacağını deyir.

Son.az bildirir ki, Ramazan bayramı ilə əlaqədar olaraq yaxınlarının qəbrini ziyarət etmək üçün bu gün qəbirstanlıqlara üz tutanlar ya belə fırıldaqçılar ilə qarşılaşıblar, ya da ümumiyyətlə molla tapmayıblar.

Yasin oxuyan bu ağsaqqal isə əvvəlcə bizi görüb üzünü yana çevirsə də, sonradan ünvanlayacağımız suallar qarşısında çarəsiz qalıb, bizə hücum etdi.

Digər molla isə sual ünvanlayacağımızı bildiyi üçün yarım saat ərzində yasini oxuyub bitirmədi ki, bitirmədi. Bəziləri isə elə uzaqdan bizi görüb, qaçdılar. İlahiyyatçılar da təsdiqləyir ki, qəbristanlıqlardakı ara mollaları Quranı qayradalara uyğun oxumurlar.