Çörək mağazalara belə gətirilir ŞOK İDDİA VİDEO


Digərləri 16 İyn 2018 00:17:00 434 0

Çörək mağazalara belə gətirilir  ŞOK İDDİA  VİDEO

Çörək mağazalara avtomobilin ayaqaltı hissəsində daşınır. Fotonu göndərən şəxs iddia edir ki, şəkil Sumqayıtda çəkilib. Çörəklər də sexlərdən birinin avtomobili tərəfindən şəhər ərazisindəki mağazalara daşınır.

Əməkdaşlarımız həmin sürücünü tapıb. O, şəhərdəki dükan və supermarketlərə çörəkdaşıma ilə məşğul olan Adil Hüseyinovdur. Adil Hüseyinov deyib ki, fotolar həqiqətən də onun avtomobilində çəkilib. Lakin həmin çörəklər mağazalardan geri qaytarılıb və bağında bəslədiyi heyvanlar üçün aparıb.

İstənilən halda çörək bərəkətdir, təzəsi də, köhnəsi də müqəddəs sayılır. Adil Hüseynov da bu fikirlə razıdır və çörəyi ayaq altında daşımağın düzgün olmadığını qəbul edir.