4 gənc marketdən oğurluq edib


Kriminal 15 İyn 2018 23:50:00 295 0

4 gənc marketdən oğurluq edib

Mingəçevir şəhərində oğurluq hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə təxminən 16-18 yaşlarında olan 4 gənc tərəfindən Aydın Məmmədov küçəsində yerləşən "Zaur" marketdə törədilib.

Oğurluq market açıq olan zaman olub və müşahidə kameralarına düşüb.

Mingəçevir polisi faktla bağlı əməliyyat keçirərək şübhəli şəxsləri "isti izlər"lə yaxalayıb.