Orucluqdan sonra necə qidalanmalı? VİDEO


Digərləri 15 İyn 2018 23:34:00 259 0

Orucluqdan sonra necə qidalanmalı?  VİDEO

Artıq mübarək Ramazan ayını geridə qoyduq. Son.az bildirir ki, orqanizm bir ay ərzində ac və susuz qalmağa öyrəşdi. İndi isə bayramı qeyd edirik. Süfrələr yenə naz-nemətlərlə dolacaq. Bəs oruc tutandan sonra qidalanmaya necə diqqət etməli?

Mütəxəssislər də bu məqamda xəbərdarlıq edirlər. Əgər ramazandan sonra düzgün qidalanmaya riayət edilməsə həzm sistemində ciddi problemlər meydana gələ bilər.

Bayramda əsasən şirniyyatlardan, qazlı içkilərdən və ağır yeməklərdən uzaq durmaq lazımdır. Çünki bu növ qida və içkilərə insan orqanizmi daha həssas olduğu üçün diqqətli olmaq tələb olunur.