Zəncirvari yol qəzası baş verib FOTO
Digərləri 15 İyn 2018 23:39:00 273 0
Ağdamda zəncirvari yol qəzası baş verib.
Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Quzanlı qəsəbəsində, Heydər Əliyev prospektində baş verib.
"QAZ 2410" markalı "02 BO 629" qeydiyyat nişanlı avtomobil "VAZ 2107" markalı "10 KC 236" qeydiyyat nişanlı maşınla toqquşub.
Zərbənin gücündən "VAZ" markalı avtomobil yol kənarında dayanan "VAZ 2106" markalı "56 BF 955" qeydiyyat nişanlı avtomobilə çırpılıb.
Nəticədə bir nəfərin xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az