O, sənətindən həzz alan aktrisa idi FOTO


Kriminal 15 İyn 2018 22:49:00 475 0

O, sənətindən həzz alan aktrisa idi  FOTO

"Sofa Bəsirzadənin Fəxri Xiyabanda dəfn edilməsi üçün yer ayrılsa da, onu öz vəsiyyətinə uyğun olaraq, atamın yanında dəfn etdik" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Sofa Bəsirzadə milli teatr və kino sənətimizin inkişafında xüsusi xidmətləri olan aktrisalardandır. O, səhnədə bir-iki cümləsi olan personajlar da, xarakterik dramatik rollar da yaradıb, baş qəhrəman obrazlarında da bacarığını sınayıb. Aktrisanın daxili imkanlarının zənginliyi bu rolları özününküləşdirmək imkanı verirdi". Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Sofa Bəsirzadənin 100 illiyinə həsr edilmiş tədbirdə səslənən bu sözlər aktrisanın oynadığı rolların incəsənət tariximizdə əbədi qalacağından xəbər verdi. 

İştirakçılar aktrisanın həyat və yaradıcılığının əks olunduğu fotosərgi, ömür yolundan bəhs edən videoçarx vasitəsilə uzun və zəhmətkeş bir həyat yolunun şahidi oldular. Bu fotolarda Sofa Bəsirzadə Sevər, Gülgün, Tanya, Gülsabah, Gülnisə, Məryəm, Tamara, Tatyana... idi.    62 ildən çox səhnədə   Kazan quberniyasının Çukan kəndində doğulan Sofa Bəsirzadə iki yaşında olanda ailəsi ilə Bakıya köçüb. O, Bakıda Azərbaycan dilini mükəmməl öyrənib. Bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alıb. Sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olub. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə qəbul olunan sənətkar Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizodik rollarda çıxış edib. Üçüncü kursda tələbə-aktrisa kimi teatrın aktyor truppasına qəbul olunub. Ümumilikdə 100-dən çox tamaşada müxtəlif obrazların ifaçısı kimi tanınıb. Hamısı da bir-birinə bənzəməyən, müxtəlif xarakterli rollar idi. Onun qəhrəmanları bəzən sakit təbiətli, bəzən məğrur və öz əqidəsinə sədaqətli, bəzən isə mənfi xarakterli qadınlar olurdu. Rollarını sadalamaqla qurtaran deyil.  Aktrisanın əsil soyadı Vəzirova olsa da, atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofya" kimi də yazılıb. Teatr kollektivində ona "Sofa xanım" deyə müraciət ediblər.

Sofa xanım dərin, psixoloji obrazları məharətlə ifa edən aktrisa idi. Həm qəhrəmanlıq, həm məişət, həm də mənfi-emosional rolları bütün incə çalarları ilə təqdim edən və sözün əsl mənasında klassik aktyor nəslinə sadiq qalan bir sənətkar idi. Aktrisa səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Əsas odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Sofa xanım teatr səhnəsində 62 ildən çox çalışıb. Səhnə görkəminin təravəti həmişə göz oxşayıb, çevik plastikası tamaşaçıda heyranlıq doğurub. Aktrisanın oynadığı Anna Dmitriyevna ("Canlı meyit", Lev Tolstoy), Fedra ("Dəlilər", Lope de Veqa), Səadət xanım ("Unuda bilmirəm", İlyas Əfəndiyev), Nihal ("Qəribə adam", Nazim Hikmət), Aliyə ("Təhminə və Zaur", Anar), Mariya Xosefa ("Dişi canavar", Federiko Qarsiya Lorka), Dayə ("Medeya", Jan Anuy), Aybəniz ("Cavanşir", Mehdi Hüseyn), Peyanira ("Mehmanxana sahibəsi", Karlo Haldoni), Esrelya ("Sevilya ulduzu", Lope de Veqa) tamaşaçıları dönə-dönə teatra qaytaran rollar idi. Onun rolları ifadə vasitələrinin zənginliyi baxımından seçilir.

Sofa Bəsirzadə ondan artıq bədii filmə çəkilib. Aktrisanın kino qəhrəmanları da müxtəlif xarakterli obrazlardır. Məsələn, "Şərikli çörək" filmində Roza rolunda oynayır. Müharibə dövründə Bakının məhəllələrinin birində yaşayan bu qadın filmin ağrılı motivinə bir yüngüllük gətirir. Həyətdə toyuq saxlayır, bu barədə xəbər tutan "upravdom" Paşa Balayeviçlə Rozanın qarşılaşdığı epizoddakı maraqlı dialoq filmə bir komizm gətirir. "Upravdom"un "gələrsən kontora, danışarıq" deyə ona müraciət etməsi epizodu indi dillərdə dolaşan məşhur ifadədir. "Yol əhvalatı" filmində isə Sofa xanım oğlanın nənəsi Sona obrazını yaradıb. Bu komediya filmində onun qəhrəmanı yaşlı qadın olsa da, çevikdir. "Anlamaq istəyirəm", "Avqust gələndə", "Bizim Cəbiş müəllim", "Dədə Qorqud", "İstintaq davam edir", "Dəli Kür", "Qara daşlar", "Romeo mənim qonşumdur" və digər filmlərdə də o, maraqlı qadın rolları yaradıb. Sofa xanım bu obrazların daxili dünyasını aça bilir, cəmiyyətdə qadının rolunu qəhrəmanları vasitəsilə təqdim edirdi. Sofa xanım sənətindən həzz alan aktrisa idi. O eyni gündə həm filmə çəkilir, həm də səhnədə çıxış edirdi.

"Bir gün gələn bir gün getməlidir"

Aktrisanin iki oğlu - Camal və Kamal da uşaqlıqdan teatra həvəs göstəriblər. Ataları onları teatrın əksər tamaşalarına aparar, xüsusən analarının oynadığı tamaşalarda qabaq cərgədə oturar, səslərini belə çıxarmadan səhnədə baş verənlərə baxardılar. 


Xəbərə aid fotolar