Qaşlara görə xarakteri müəyyən etməyin yolu tapıldı


Digərləri 15 İyn 2018 22:44:00 359 0

Qaşlara görə xarakteri müəyyən etməyin yolu tapıldı

Özünə vurğun və ən eqosentrik insanlar qalın qaşları olan insanlardır.

Son.az oxu.az-a istinadən bildirir ki, Toronto universitetindən olan alimlər belə bir nəticəyə gəlib.

Araşdırmanın nəticələri "Journal of Personality" jurnalında dərc olunub. Tədqiqatçıların dediyinə görə, qadın və ya kişidə qalın qaş onun xarakterində narsisistik ünsürlərin olmasından xəbər verir.

Hər iki cinsdən olan könüllülər psixoloji testdə iştirak edib. Hər bir iştirakçının neytral üz cizgilərini əks etdirən fotoşəkli digər eksperiment iştirakçılarına göstərilib. Fotolar arasında ən eqosentrik iştirakçılar qalın və sıx qaşları olan şəxslər olub.