DYP Zərdabda reyd keçirib, 40-a yaxın sürücü cərimələnib - FOTO - VİDEO


Sosial 15 İyn 2018 20:40:12 435 0

DYP Zərdabda reyd keçirib, 40-a yaxın sürücü cərimələnib - FOTO - VİDEO

Reydlərin mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur

Zərdab rayonunda avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilib.

"Report"un Mərkəzi Aran bürosu xəbər verir ki, ağırtonnajlı, iriqabaritli yük avtomobillərinin girişi qadağan olan yollarda hərəkət maşınların, qaydaları pozan və yaşayış məntəqələrinə yaxın olan ərazidə yüksək sürətlə hərəkət edən avtomobillərin sürücüləri yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Reyd zamanı, ümumilikdə, 40-a yaxın avtomobilin sürücüsü barəsidə protokollar tərtib edilib və bəzi avtomobillərin istismarı dayandırılaraq müvəqqəti olaraq cərimə meydançasına yerləşdirilib.

Bundan əlavə,təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilə əlavə konstruksiya quraşdıran, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, avtomobilin nömrəsi çirklənərək görünməz hala düşən, avtomobili saxla əmrinə əməl etməyən və avtomobillərinə kustar üsulla hazırlanan pərdələrdən istifadə edən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq barələrində müxtəlif inzibatı cəza tədbirləri görülüb.

Bilməyərəkdən qaydaları pozan sürücülər isə yol polisi əməkdaşları tərəfindən maarifləndirilərək yola salınıb.

Reydlərin mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.