Azərbaycan azarkeşləri Misir-Uruqvay matçını seyr ediblər


Digərləri 15 İyn 2018 20:37:40 276 0

Azərbaycan azarkeşləri Misir-Uruqvay matçını seyr ediblər

Onlar Misir komandasını dəstəkləyiblər

Rusiyanın Yekaterinburq şəhərinin Azərbaycan diasporunun və Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) nümayəndələri DÇ-2018-in Misir-Uruqvay matçını seyr ediblər.

"Report"un Moskva bürosunun məlumatına görə, azərbaycanlılar Misir yığmasına azarkeşlik ediblər.

"Salah və onun komandası bütün müsəlmanların fəxridir. Biz həmçinin Rusiyada dünya çempionatının keçirilməsinə şadıq. Bu bayramda ruslarla birgə olmaq üçün stadionlara və fan-zonalara gedirik", - deyə AMOR-un yerli bölməsinin rəhbəri Toğrul Həsənzadə bildirib.

Ramazan bayramı günü müsəlman komandalarının iştirakı ilə daha bir görüş keçirilir - Sankt-Peterburqda İran və Mərakeş komandaları qarşılaşır.