Ərdoğan yenidən BMTdə islahatların aparılmasına çağırıb


Dünya 15 İyn 2018 20:28:00 308 0

Ərdoğan yenidən BMTdə islahatların aparılmasına çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən BMT-də islahatların aparılmasına çağırıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, İstanbulda mitinq zamanı çıxış edən Türkiyə prezidenti BMT Təhlükəsizlik Şurasının formalaşması sistemini ədalətsiz adlandırıb.

Türkiyə prezidentinin fikrincə, dünyanın bütün dövlətləri BMT TŞ-nın işində iştirak etmək imkanına malik olmalıdır: "Dünya birliyinin taleyi Təhlükəsizlik Şurasının beş daimi üzvünün əlində ola bilməz".