Təzə gəlinin İngiltərə kraliçası ilə ilk rəsmi səfəri FOTO


Digərləri 15 İyn 2018 20:04:00 474 0

Təzə gəlinin İngiltərə kraliçası ilə ilk rəsmi səfəri  FOTO

Meqan Marklın Böyük Britaniya kral ailəsinin rəsmi üzv olmasından heç bir ay keçməyib, amma onun çiyinlərinə artıq məsul missiya qoyulub. O, II Yelizavetanı Çeşir qraflığına səfəri zamanı müşayiət etməlidir.

Son.az təzə gəlinin qaynanası ilə birlikdə qatıldığı ilk rəsmi tədbirin təfərrüatları ilə tanış edir.

Kraliça və Sassekskaya hersoginyası Çeşir qraflığına kral ailəsinin 1842-ci ildən istifadə etdiyi əfsanəvi "The Royal Train" qatarında yola düşüb. Maraqlıdır ki, heç də kral ailəsinin bütün üzvləri bu nəqliyyatdan istifadə edə bilməz: II Yelizaveta özü, onun həyat yoldaşı şahzadə Filip, onların oğlu - şahzadə Çarlz və onun həyat yoldaşı Kamilla Parker-Boulz. İstisna yalnız bir dəfə, 2003-ci ildə şahzadə Uilyamın üçün edilib. O, doğum günü münasibətilə öz turu çərçivəsində "The Royal Train" qatarında gəzib.

Meqan Marklla kraliçanı Çeşir qraflığına zəngin səfər proqramı gözləyib.

1. İlk növbədə Meqan və Ülyahəzrət "Mersey Gateway Bridge" körpüsünün təntənəli açılış mərasimində iştirak ediblər.

2. Sonra analoji mərasim "Storyhouse Theatre" teatrının yaxınlığında keçirilib.