Aprel döyüşlərində əlil olmuş hərbçiyə avtomobil hədiyyə edilib FOTO


Digərləri 15 İyn 2018 19:20:00 359 0

Aprel döyüşlərində əlil olmuş hərbçiyə avtomobil hədiyyə edilib  FOTO

2016-cı ilin aprel ayında Ermənistanın silahlı təxribatının qarşısının alınmasında iştirak edən və bu döyüşlərdə yaralanaraq əlil olmuş hərbçi - mayor Asif Novruz oğlu Rəsulova "Azərmaş" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən minik avtomobili hədiyyə edilib.

Mayor Asif Rəsulov aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" üçüncü dərəcəli medalla təltif olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Asif Rəsulov ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərin iştirakçılarına, bu döyüşlərdə yaralanmış insanlara, habelə həlak olmuş Vətən övladlarının ailələrinə Azərbaycan Prezidenti tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, 15 İyun - Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramı münasibətilə ona belə bir sevinc hissinin bəxş olunmasına, minik avtomobili ilə təmin edilməsinə görə "Azərmaş" ASC-yə təşəkkürünü bildirib.

Tədbir zamanı vurğulanıb ki, aprel döyüşləri ordumuzun dünyanın güclü ordularından birinə çevrildiyini və ölkəmizin işğal altında olan ərazilərini qısa müddət ərzində işğaldan tam azad etməyə qadir olduğunu təsdiqləyib.


Xəbərə aid fotolar