Terror törətməkdə günahlandırılan mərakeşliyə ömürlük həbs


Dünya 15 İyn 2018 18:43:00 285 0

Terror törətməkdə günahlandırılan mərakeşliyə ömürlük həbs

Finlandiyanın Turku şəhərində 2017-ci ildə terror aktı törətməkdə şübhəli bilinən mərakeşli qaçqın ömürlük həbs cəzası alıb.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, mərakeşli iki nəfərin ölümündə və daha 8 dinc sakinin yaralanmasında təqsirli bilinir.

23 yaşlı Abdurrəhman Buanan 2017-ci il avqustun 18-də Turku şəhərində bu cinayəti törədib. Ölənlərin hər ikisi qadındır.