Türkiyəli futbolçu La Liqa klubunda


İdman 15 İyn 2018 18:38:00 288 0

Türkiyəli futbolçu La Liqa klubunda

Trabzonspor-un yarımmüdafiəçisi Okan Yokuşlu karyerasını İspaniyada davam etdirəcək. Goal.az xəbər verir ki, türkiyəli futbolçu Celta-nın heyətinə qoşulub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı havbek La Liqa Viqo klubu ilə 5 illik müqavilə imzalayıb. Trabzonspor bu transferdən 6 milyon avro qazanacaq. Okay son mövsüm Trabzonspor-un heyətində 33 oyunda meydana çıxıb və 2 qol vurub.