DÇ-2018: Uruqvay Misiri minimal hesabla məğlub edib


Digərləri 15 İyn 2018 17:59:51 177 0

DÇ-2018: Uruqvay Misiri minimal hesabla məğlub edib

Rusiya və Uruqvay hərəyə 3 xalla ilk 2 yeri bölüşür

Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

"Report"un məlumatına görə, A qrupunda ilk turun son matçında Uruqvay və Misir yığmaları qarşılaşıb.

Yekaterinburqdakı mərkəzi stadionda təşkil olunmuş görüş cənubi amerikalıların qələbəsi ilə yekunlaşıb - 1:0. Uruqvay yığması oyunboyu üstünlüyə malik olsa da, istəyinə 89-cu dəqiqədə çatıb. Cərimə zərbəsindən ötürülən topa Xose Maria Ximenes başla dəqiq zərbə endirib. Bu görüşdə Misir millisinin yarımmüdafiəçisi Məhəmməd Salah sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, turun ilk oyununda Rusiya Səudiyyə Ərəbistanını darmadağın edib - 5:0. İlk turdan sonra Rusiya və Uruqvay hərəyə 3 xalla ilk 2 yeri bölüşür. Misir və Səudiyyə Ərəbistanı isə xalsızdır.

DÇ-2018

15 iyun

A qrupu

16:00. Misir - Uruqvay - 0:1

Qol: Xose Maria Ximenes, 89

Hakimlər: Byorn Kuypers, Sander van Rökel, Ervin Zeinstra (hamısı Hollandiya), Milorad Majiç, Milovan Ristiç (hər ikisi Serbiya)

Yekaterinburq, Mərkəzi stadion