"Kaş üzümü dartdırıb, krem vurardım"


Şou-biznes 15 İyn 2018 18:00:00 781 0

"Kaş üzümü dartdırıb, krem vurardım"

Efirdə o qədər sual verirlər ki, məni arvaddan qorxan kimi tanıyırlar. Gərək hər şeyi edim ki, aparıcılar mənə verməyə sual tapmasınlar.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Əlikram bayramov "5/5" verilişində deyib. O, aparıcı Zaur Kamalın suallarını cavablandırıb.  Əlikram "Arvaddan qorxursan? Üzündə nəsə dəyişiklik etmisən" sualına belə cavab verib: "Mənə həmişə deyirlər ki, Zaura niyə cavab vermirsən. Şou yaradır, nə cavab verim? Vaxtında evə gedib, gələn adamam, niyə məni qısqansın?Xanımıza hörmət edir, ondan qorxmuruq. Üzümə nəsə vurmamışam. Üzümü dartdırmamışam. Amma gərək dartdırardım, krem vurardım, belə suallar verəndə yandırmazdı məni".