Özbəkistan BakıTbilisiQars vasitəsilə Aralıq dənizinə çıxmaqda maraqlıdır


Digərləri 15 İyn 2018 17:19:54 571 0

Özbəkistan BakıTbilisiQars vasitəsilə Aralıq dənizinə çıxmaqda maraqlıdır

Özbəkistan Nəvoi-Türkmənbaşı-Bakı-Tbilisi-Qars dəmiryolu dəhlizinin istifadəsində maraqlıdır.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Hüseynov deyib.

Onun sözlərinə görə, bu marşrut Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstanın dəmir yollarını Türkiyənin nəqliyyat şəbəkəsi ilə əlaqələndirəcək və Özbəkistana Mersin limanı vasitəsilə Aralıq dənizinə çıxış imkanı verəcək.

Səfir, həmçinin bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyayev ölkənin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və yüklərin daşınması marşrutlarının şaxələndirilməsi üzrə kompleks proqramı təsdiq edib: