Maradona: "Meksika dünya çempionatı keçirməyə layiq deyil"


İdman 15 İyn 2018 17:16:00 532 0

Maradona: "Meksika dünya çempionatı keçirməyə layiq deyil"

2026-cı il dünya çempionatı Amerika, Kanada və Meksikada təşkil olunacaq. Amma dünya futbolunun calı əfsanəsi Diyeqo Maradona bundan razı qalmayıb. Goal.az xəbər verir ki, argentinalı veteran futbolçu bunları deyib:

"Bu, heç xoşuma gəlmədi. Meksika mundialı keçirməyə layiq deyil. Meksika millisi Braziliya və Almaniya ilə oynayan kimi mübarizəni dayandıracaq. Kanada qış idmanında yaxşıdır. Amerikalılar isə reklam xatirinə oyunu 25 dəqiqədən ibarət 4 perioda bölmək istəyəcəklər".

Qeyd edək ki, 2022-ci il dünya çempionatı Qətərdə keçiriləcək.