“Özümə yaraşdırmıram”


Şou-biznes 15 İyn 2018 16:30:00 270 0

“Özümə yaraşdırmıram”

Xalq artisti Yalçın Rzayev sənət aləmində baş verən qalmaqallardan həmişə uzaq olduğunu deyib.

Son.az bildirir ki, yenicag.az-a açıqlama verən illərin sənətkarı qalmaqal edən həmkarlarının işinə qarışmadığını da bildirib:

"Nə keçmişdə, nə də indiki vaxtda heç vaxt qalmaqal etməmişəm. Ümumiyyətlə, lüğətimdə "qalmaqal" sözü olmayıb. Bunu nə sənətimə, nə də şəxsiyyətimə yaraşdırmıram. Kim edirsə, özü bilər, qarışmıram. Bu yaxınlarda Elgizin aparıcılıq etdiyi "Səhər-səhər" verilişində qonaq oldum. Qalmaqallı söhbətlər oldu, bir kəlmə də ağzımı açıb mövzuya münasibət bildirmədim.