Bərdədə yük maşınının təkərinin partlaması nəticəsində bir nəfər ölüb - FOTO


Sosial 15 İyn 2018 16:02:21 260 0

Bərdədə yük maşınının təkərinin partlaması nəticəsində bir nəfər ölüb - FOTO

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır

Bərdə rayonunda təkər təmiri ilə məşğul olan usta bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Sənaye küçəsində yerləşən təkər təmiri sexində baş verib.

Sexdə təmir olunanavtomobilin təkəri partlayıb. Nəticədə 38 yaşlı usta Məmmədov Elnur İslam oğlu ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.