2 inəyin qurbanı olan 3 nəfər


Digərləri 15 İyn 2018 15:44:00 287 0

2 inəyin qurbanı olan 3 nəfər

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 177-ci kilometrliyində, İsmayıllının Eyyubbəyli kəndi ərazisində Göyçay rayon sakini 48 yaşlı Çingiz Eminov idarə etdiyi "Merсedes" markalı minik avtomobillə Bakıdan sərnişinləri rayona gətirərkən qəflətən yoluna çıxan 2 baş inəyi vurub. Son.az ARB TV-yə istinadən xəbər verir ki, nəticədə nəqliyyat vasitəsi aşıb. Sürücü, sərnişinlərindən 26 yaşlı Bəyim Abışova və Bakı şəhər sakini Sona Məmmədi hadisə yerində ölüblər, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.   Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.     

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar