Separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri" azadlığa çıxdı


Dünya 15 İyn 2018 15:10:00 283 0

Separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri" azadlığa çıxdı

"İqla" zenit raket kompleksinin qanunsuz dövriyyəsində şübhəli bilinərək həbs olunan separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri" Samvel Babayan azadlığa buraxılıb.

APA-nın "News.am"a istinadən verdiyi məlumata görə, bu gün Ermənistan Ali Məhkəməsi parlamentin 11 deputatı tərəfindən təqdim edilmiş zəmanətə əsasən, onu azadlığa buraxılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Samvel Babayan məhkəmənin qərarı ilə ötən ilin noyabrında 6 il azadlıqdan məhrum edilmişdi.

Samvel Babayanın adının hallandığı cinayət işi 2016-cı il sentyabrın 20-də başlanıb.