“Mikrofon görəndə özlərini itirirlər, ayıbdır...”


Şou-biznes 15 İyn 2018 15:13:00 219 0

“Mikrofon görəndə özlərini itirirlər, ayıbdır...”

ARB Ulduz-un "Virtual həyat" verilişinin qonağı olan rəqqasə Renka maraqlı açıqlamalar verib.

Son.az xəbər verir ki, efirə çıxan kimi kimliyini unudub dondan-dona girən bəzi insanları tənqid edən rəqqasə özünü tərifləyənləri bir neçə cümlə ilə xarakterizə etdi.

"Belə şeyləri efirdə görüb gülməkdən ölürəm. Deyirəm, görəsən, onlar bu cür edəndə nə fikirləşib edirlər? Bunu anlaya bilmirəm. Verilişlərdə oturub, ay mən eləyəm, mən beləyəm, başlayırlar özlərini tərifləməyə, ayıbdır. Qoy, səni camaat tərifləsin. Mikrofon görəndə özlərini itirirlər, yapışırlar mikrofondan başlayırlar uzun-uzadı danışmağa. Aparıcı da ki qalıb qıraqda". 

Adının yeri gəldi-gəlmədi hallanmasını qəbul etməyən Renka bəzi həmkarlarının onun üzərindən özlərinə piar qazanmaq istədiklərinə eyham vurdu:

"Hansı verilişə çevirirəm, Renka elədir, Renka belədir. Başqa rəqqasə yoxdur? Mən sakit durub cavab vermirəm, ona görə ki, həm vaxtım yoxdur, həm də mən baş qoşmaq istəmirəm. Tamam fərqli psixologiyada olan insanam. Axı niyə Renka? Sevilmək başqa şeydir. Məni Renka kim sevirlər, səni başqa cür sevirlər. Sən çalış özünü sevdir. Mənə qarşı olacaqsan, əskinə insanların gözündən düşəcəksən. Kiməsə söz atmaqla səviyyəni aşağı salma! Mənim İnstagram-da direktim partlayır. Deyirlər ki, Renka sənin adından istifadə edirlər. Sənin adından istifadə edib özlərini reklam edirlər. Öz rəqsinlə sevilmirsənsə, mənə söz atmaqla özünə reklam qazanmayacaqsan!"


Xəbərə aid foto