Avtomobil divara çırpıldı:


Digərləri 15 İyn 2018 15:16:00 270 0

Avtomobil divara çırpıldı:

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb.

Hərəkətdə olan "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında divara çırpılıb.

Qəza zamanı avtomobildə olan 3 nəfər - 1998-ci i təvəllüdlü Pərvin Nəsibov və onun həmyaşıdları Kamil Nuriyev və Ülvi Mansurov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.