"Plastik qabların toplanması üçün 100 ədəd konteyner sifariş verilib"


Digərləri 15 İyn 2018 14:59:00 282 0

"Plastik qabların toplanması üçün 100 ədəd konteyner sifariş verilib"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) plastik tullantıların idarə olunması və çeşidlənməsinin təşkili təşəbbüsü çərçivəsində Bakının müxtəlif parklarında plastik qabların toplanması üçün 10-dan artıq konteyner yerləşdirib.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında ETSN-in Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.   

Onun sözlərinə görə, sosial aksiya davam etdiriləcək: "Artıq 100 ədəd konteyner də sifariş verilib və əhalinin sıx toplaşdığı ərazilərdə yerləşdirilməsi nəzərdə tutulub".