Litvada amerikalı hərbçi ilə Azərbaycan vətəndaşları arasında dava olub


Sosial 15 İyn 2018 14:31:45 307 0

Litvada amerikalı hərbçi ilə Azərbaycan vətəndaşları arasında dava olub

Amerikalını döyən azərbaycanlılardan biri saxlanılıb

Litvada amerikalı hərbçi Azərbaycan vətəndaşları ilə dava edib.

"Report"un TASS-a istinadən verdiyi məlumatagörə, insident Kaunas şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.

Məlumata görə, dava gecə saat 2 radələrində mülki geyimdə olan amerikalı hərbçi ilə iki azərbaycanlı arasında olub. İnsidentin iştirakçıları sərxoş vəziyyətdə olublar. Amerikalını döyən azərbaycanlılardan biri saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.