Arif Əsgərovun baldızı oğlunun işindən 2 şikayət


Digərləri 15 İyn 2018 13:20:00 275 0

Arif Əsgərovun baldızı oğlunun işindən 2 şikayət

8 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən vətəndaş Emil Hüseynovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. E.Hüseynov digər zərərçəkənlərdən də aldıqları ilə birlikdə ümumi olaraq təxminən 8 milyon manat pul mənimsəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs olunub.