Əri ilə dalaşdı, sürücüyə tüpürdü


Digərləri 15 İyn 2018 13:12:00 248 0

Əri ilə dalaşdı, sürücüyə tüpürdü

Saxla! Saxla deyirəm sənə! Lənətə gələsən, saxla! Aç qapını!

İdman formasında olan gənc qadın avtobusun sürücüsünə qışqırır, arxa qapını zorla açmağa çalışırdı. O, niyyətinə çatmayacağını anladıqda qapını aralayıb, oturub. Sürücü məcbur qalaraq avtobusu saxlayıb və qapıları açıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, biabırçı olay İngiltərənin Mançester şəhərində, 59 saylı marşrutla hərəkət edən avtobusda yaşanıb.

Avtobusa əri ilə minən qadın az sonra mübahisəyə başlayıb. "Sən pis ərsən!" deyən qadın əlindəki dondurmanı ərinə atıb. Ər də onu vurub və avtobusdan düşüb.

Avtobusdakı sərnişinlər narazılıqlarını bildirəndə qadın arxaya gedib, orada oturmuş qadın sərnişinlərdən birini döymək istəyib.

Yaşananları Liverpuldan olan Sian Beyliss çəkib.


Xəbərə aid fotolar