Deputat: ""TANAP vacib infrastruktur layihəsidir"


Digərləri 15 İyn 2018 12:50:00 242 0

Deputat: ""TANAP vacib infrastruktur layihəsidir"

Transanadolu boru kəməri (TANAP) Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından vacib infrastruktur layihəsidir.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" çox böyük layihədir:

"Son zamanlar biz ""Cənub Qaz Dəhlizi"" birinci mərhələsini işə düşməsini və TANAP-ın açılışının şahidi olmuşuq. Növbəti mərhələ TAP olacaq. Bu layihəni 21-ci əsrin müqaviləsi adlandırmaq olar. Bunun sayəsində Azərbaycan Aropanı qazla təmin edə və bununla da Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynaya bilər".